London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Böyük Britaniya hökuməti Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə məsuliyyət daşıması barədə qərarını "tarixi" adlandırıb.
Bu barədə “Report” Böyük Britaniya hökumətinə istinadən xəbər verib.
"ICAO Şurasının üzvü olan dövlətlərin əksəriyyəti tarixdə ilk dəfə olaraq Rusiyanın mülki hava gəmisinə (2014-cü ilin iyulunda “Malaysian Airlines”ın MH17 reysinin qəzası) qarşı silah tətbiq etməklə Çikaqo Konvensiyasını pozduğunu etiraf edib. ICAO Şurası qəbul edilmiş qərarla Beynəlxalq Mülki Aviasiya Konvensiyasına riayət etməyə sadiqliyini təsdiqləyib və dövlətlərin daha təhlükəsiz və qorunan hava məkanını təmin etmək öhdəlikləri ilə bağlı mühüm gözləntiləri formalaşdırıb", - Britaniya hökumətinin bəyanatında qeyd olunub.
Eyni zamanda, bəyanatda qeyd olunur ki, Şuranın qəbul etdiyi bu tarixi qərar "Rusiyanın məsuliyyətsiz və təhlükəli davranışını, həmçinin dinc sakinlərin həyatına etinasız yanaşmasını" açıq şəkildə əks etdirir.
O da vurğulanıb ki, Konvensiyanın müddəalarını pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar.
"Bu, ICAO-nun 80 illik tarixində Şuranın beynəlxalq hüquqi mübahisənin mahiyyəti üzrə qərar qəbul etdiyi ilk haldır. Böyük Britaniya bu şəffaf və obyektiv prosesdə ICAO-nun nümayiş etdirdiyi qətiyyəti alqışlayır. Biz beynəlxalq hüquqa və hava məkanının təhlükəsizliyinə riayət olunmasını təmin etmək səylərində ICAO-ya dəstək göstərməyə sadiqik", - hökumət bəyan edib.
Oxşar xəbərlər
ICAO: MH17 reysinin qəzasına görə Rusiya məsuliyyət daşıyır
Gürcüstan XİN: Rusiyanın Suxumi hava limanından istifadə etməsi suverenliyin pozulmasıdır
ICAO Astananı AZAL-ın təyyarəsi üzrə araşdırmada beynəlxalq tələblərə tam riayət etməyə çağırıb
ICAO: AZAL-a məxsus təyyarənin qəzasının araşdırılmasına dair ilkin hesabatı yüksək qiymətləndiririk
ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi – növbəti AZAL-ın təyyarəsi ola bilər - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












