ICAO: AZAL-a məxsus təyyarənin qəzasının araşdırılmasına dair ilkin hesabatı yüksək qiymətləndiririk
sizinxeber.az xəbər saytı

ICAO: AZAL-a məxsus təyyarənin qəzasının araşdırılmasına dair ilkin hesabatı yüksək qiymətləndiririk


Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev ICAO-nun Avropa və Şimali Atlantika bürosunun direktoru Nikola Rallo ilə görüşüb. Görüş zamanı o, Təşkilata “Azerbaijan Airlines”ə məxsus təyyarənin qəzaya uğradığı yerə müstəqil ekspert Tormodur Tormodssonu vaxtında göndərdiyinə görə təşəkkür edib.

Bu barədə “Sizinxeber.az” “Kazinform”a istinadən xəbər verir.

"Hökumət adından bizə göstərilən daimi dəstəyə görə şəxsən sizə səmimi minnətdarlığımızı bildiririk. Bu araşdırmanın tam başa çatdırılması məqsədilə biz ICAO ilə əməkdaşlığı davam etdirəcəyik", - K.Bozumbayev bildirib.

Baş nazirin müavini qeyd edib ki, təyyarənin qəzaya uğramasının ilk günlərindən Qazaxıstan bu qəzanın obyektiv və hərtərəfli araşdırılmasına yönəlib.

Öz növbəsində N.Rallo Qazaxıstan tərəfindən qısa müddətdə aparılan və dərc edilən "Azerbaijan Airlines"ə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatını yüksək qiymətləndirib.

“Qəzadan sonra 1,5 aydan az müddətdə bu ilkin hesabatı tamamlamağa imkan verən səylərinə görə Qazaxıstanı və araşdırma üzrə bütün Komissiyaya təşəkkür etmək istəyirəm. Mən sizi araşdırma prosesi boyunca Beynəlxalq Mülki Aviasiya Konvensiyasına tam riayəti davam etdirməyə çağırıram", - N.Rallo bildirib.

Qeyd edək ki, AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaya dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək.

Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Oxşar xəbərlər

ICAO Astananı AZAL-ın təyyarəsi üzrə araşdırmada beynəlxalq tələblərə tam riayət etməyə çağırıb
Bozumbayev: Təyyarə qəzasının araşdırılmasına 17 beynəlxalq ekspert cəlb edilib
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər
Bozumbayev: Rusiya və Azərbaycanın aviaqəzanın kriminalistik ekspertizasına buraxılmayacaq
Kanat Bozumbayev: Sabah “Embraer” şirkətinin nümayəndələrinin Aktauya gəlməsi gözlənilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər