Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb
Nigeriyanın mərkəzində yerləşən Benue ştatında silahlı hücumlar nəticəsində azı 23 nəfər həlak olub.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə “Agence France-Presse” Qızıl Xaç Cəmiyyətinə istinadən xəbər verir.
Cəmiyyətin sözçüsü Entoni Aba deyib ki, hadisələr şənbə günü dörd kənddə baş verib: “Hadisə yerindən gələn xəbərlər ayrı-ayrı hücumlarda ən azı 23 nəfərin öldüyünü təsdiqləyir”.
Vurğulanıb ki, silahlı hücumlarda daha bir neçə nəfər yaralanıb.
Mərkəzi Nigeriyada əraziyə nəzarət uğrunda köçəri çobanlarla fermerlər arasında müntəzəm olaraq toqquşmalar baş verir. Bir çox çobanlar müsəlman etnik qruplar, bir çox fermerlər isə xristian olduqları üçün bu toqquşmalar çox vaxt dini və ya etnik çalar alır.
Oxşar xəbərlər
Nigeriyada silahlıların hücumu nəticəsində 50-dən çox insan ölüb
Nigerdə silahlı hücumlar 40-a yaxın insanın ölümünə səbəb olub
Nigeriyada bir neçə gün ərzində yaraqlılar 50-dən çox insanı öldürüblər
Nigeriyada maldarlarla fermerlər arasında toqquşmada 9 nəfər ölüb, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
