Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır
Fələstin Qəzza sektorunda atəşkəsin əldə edilməsinə və humanitar məsələlərin həllinə nail olmaq istəyir.
"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı bildirib.
“Biz hazırda hərbi vəziyyətlə, atəşkəs məsələləri ilə bağlı çox çətin şəraitdən keçirik. Bu, həm İordan çayının qərb sahilinə, həm də Qəzzaya aiddir. Biz atəşkəsin əldə olunmasını, humanitar məsələlərin həllini istəyirik”, – o vurğulayıb.
Xatırladaq ki, yanvarın 15-də İsrail və HƏMAS Qəzzada saxlanılan girovların azad edilməsi və Qəzza sektorunda atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər. Üç mərhələdən ibarət olan razılaşma yanvarın 19-da qüvvəyə minib, onun birinci mərhələsi martın 1-də başa çatıb. Birinci mərhələ müddətində tərəflərin ikinci mərhələnin reallaşdırılması ilə bağlı razılığa gələcəkləri gözlənilsə də, bu, baş verməyib.
Martın 18-də İsrail Ordusu fələstinlilərin yaşadığı anklavda hərbi əməliyyatları bərpa edərək genişmiqyaslı zərbələr endirib. Baş nazir Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və vasitəçilərin danışıqlar zamanı irəli sürdüyü təklifləri qəbul etməməsi ilə izah edib və əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirib.
Oxşar xəbərlər
HƏMAS Qəzzanın yenidən qurulması müqabilində silahı yerə qoymayacaq
HƏMAS: Qəzzada atəşkəs pozula bilər
Mahmud Abbas: Fələstin dövləti tanınmayana qədər Ər-Riyad İsraillə münasibətləri normallaşdırmayacaq
Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
