Ostin və Umerov telefonla NATO sammitinin nəticələrini müzakirə ediblər
Pentaqonun rəhbəri Lloyd Austin və Ukraynanın müdafiə naziri Rustem Umerov arasında telefon danışığı olub, onlar iyulda Vaşinqtonda keçirilən NATO sammitinin nəticələrini, həmçinin Kiyevə dəstək üçün atılan addımları müzakirə ediblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Hərbi Hava Qüvvələrinin general-mayoru Patrik Rayder brifinqdə deyib.
“Ostin bu gün Ukraynanın müdafiə naziri Rustem Umerovla telefonla danışıb”, – o açıqlayıb.
Rayder qeyd edib ki, tərəflər Vaşinqtonda keçirilən NATO sammitinin nəticələrini, həmçinin Ukraynaya dəstək üçün atılacaq addımları müzakirə ediblər.
“Umerov həmçinin Ostinə Ukraynadakı vəziyyətin dinamikası ilə bağlı yenilənmiş məlumat verib”, – o vurğulayıb.
Oxşar xəbərlər
ABŞ və Ukrayna müdafiə nazirləri Qərbin Kiyevə dəstəyini müzakirə ediblər
ABŞ və İsrail müdafiə nazirləri danışdı
ABŞ-nin müdafiə naziri xəstəxanaya yerləşdirilib
ABŞ dövlət katibinin müavini Ukraynada səfərdə olub
Blinken: Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













