ABŞ-nin müdafiə naziri xəstəxanaya yerləşdirilib
ABŞ-nin müdafiə naziri Lloyd Ostin sidik kisəsi problemi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayderin bəyanatında bildirilib.
Sənəddə qeyd edilib ki, Ostin yerli vaxtla təxminən saat 14:20-də (Bakı vaxtı ilə 23:20) “sidik kisəsində yaranan problemləri göstərən əlamətlər səbəbindən müayinə üçün” Uolter Rid Mərkəzinə aparılıb. Pentaqonun mətbuat katibi qeyd edib ki, Ostinin xəstəxanaya yerləşdirilməsi barədə müdafiə nazirinin müavini Ketlin Hiksə və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Brauna, həmçinin Ağ Evə və Konqresə məlumat verilib.
“Hazırda nazir öz funksiyalarını saxlayır və vəzifələrini yerinə yetirməkdə davam edir", - deyən Pentaqonun mətbuat katibi ABŞ müdafiə nazirinin müavininin lazım gələrsə, departament rəhbəri vəzifələrini öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb.
Oxşar xəbərlər
ABŞ-ın müdafiə naziri xəstəxanadan evə buraxılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və İsrail müdafiə nazirləri danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pentaqon İsrailə yardım vəd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Ukrayna müdafiə nazirləri Qərbin Kiyevə dəstəyini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












