Blinken: Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər
Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər.
"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Aspen İnstitutunun illik təhlükəsizlik forumunda deyib.
“NATO-ya daxil olmaq müxtəlif tələblərin yerinə yetirilməsindən asılıdır, lakin əminəm ki, biz Ukraynaya buna tez bir zamanda nail olmağa kömək edəcəyik”, - Blinken bildirib.
Dövlət katibi vurğulayıb ki, Vaşinqton Kiyevlə Amerika silahlarının istifadəsi ilə bağlı məsələləri müzakirə etməyə davam edəcək və şəraitdən asılı olaraq bu məsələdə mövqeyini tənzimləyəcək.
İyulun 9-11-də Vaşinqtonda keçirilən NATO sammitinin yekun sənədində Ukraynanın alyansa doğru sürətlə irəlilədiyi qeyd olunub.
Oxşar xəbərlər
Blinken: İsveç tezliklə NATO-ya qoşulacaq
Fransalı siyasətçi ölkəsini NATO-dan çıxmağa çağırıb
KİV: Blinken Ukraynanın NATO-ya üzv olacağını vəd edərək yalan danışıb
KİV: Blinken Ukraynanın NATO-ya üzv olacağını vəd edərək yalan danışıb
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













