Lavrov Pakistan XİN-ə Hindistanla nizamlamada yardım etməyə hazır olduğunu təsdiqləyib
Rusiya xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı İshaq Dara Moskvanın Nyu-Deli və İslamabad arasında vəziyyətin nizamlanmasına yardım etməyə hazır olduğunu təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin teleqram kanalında telefon danışığının nəticələrinə dair məlumatda deyilir.
“Xüsusi diqqət Nyu-Deli və İslamabad arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına yönəldilib. Rusiya tərəfindən İslamabad və Nyu-Delinin qarşılıqlı istəyi olduğu təqdirdə, 22 aprel tarixində Pahalqam şəhəri yaxınlığında terror aktı nəticəsində yaranmış vəziyyətin siyasi nizamlanmasına yardım etməyə hazır olduğu vurğulanıb”, – nazirlikdən bildirilib.
Pakistanın qurumunda isə öz növbəsində qeyd ediblər ki, nazir İshaq Dar telefon danışığı zamanı Hindistanın əsassız ittihamlarını və Pakistana qarşı təhrikçi ritorikasını rədd edib, Nyu-Delinin Hind Suları Müqaviləsinin fəaliyyətini dayandırmaq üçün birtərəfli və qanunsuz addımını pisləyib ki, bu da onun beynəlxalq öhdəliklərinin pozulmasıdır.
“Pakistanın regional sülhə sadiqliyini təsdiqləyərək, nazir vurğulayıb ki, Pakistan öz suverenliyini və milli maraqlarını qətiyyətlə müdafiə edəcək. O həmçinin Pakistanın beynəlxalq, şəffaf və müstəqil araşdırma aparılması təklifini çatdırıb”, – Pakistan XİN-in mətbuat xidmətindən bildirilib.
Oxşar xəbərlər
Malayziya Yeni Dehli-İslamabad gərginliyi fonunda Pakistanı dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İslamabad Hindistana qarşı hərbi əməliyyatları istisna etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Hindistan və Pakistanı dialoqa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov: Moskva Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov və Sergey Lavrov regional vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












