ABŞ-də təyyarə qəzaya uğrayaraq yaşayış binalarına çırpılıb
ABŞ-nin Kaliforniya ştatının Simi-Velli şəhərində təyyarə Vud-Ranç ərazisindəki yaşayış binalarının üzərinə düşüb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan “Vans RV-10” şəxsi mülkiyyətdədir və əldəqayırma hissələrdən yığılıb. Hadisə nəticəsində iki evə ziyan dəyib, yanğın başlayıb.
Federal Aviasiya Administrasiyasının məlumatına görə, təyyarənin yeganə sərnişini şəxsiyyəti hələ məlum olmayan pilotdur. Hadisə yerinə 40-a yaxın yanğınsöndürən göndərilib. Ventura dairəsinin Yanğınsöndürmə Xidmətinin İctimai İnformasiya əməkdaşı Endryu Daud bildirib ki, evlərin içərisində heç kim xəsarət almayıb.
Federal Aviasiya Administrasiyası (FAA) bildirib ki, təyyarə Lankasterdəki Uilyam J.Foks aerodromundan havaya qalxıb və Kamarilyo hava limanına istiqamət alıb.
Oxşar xəbərlər
ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb
KİV: ABŞ-də təyyarə binanın üzərinə düşüb, ölən və xəsarət alanlar var
ABŞ-də təyyarə qəzasının səbəbləri ilə bağlı ilkin versiya açıqlanıb
Minnesotada kiçik təyyarə yaşayış evinə düşüb
KİV: Arizonada iki təyyarə toqquşub, ölən var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












