Tramp-Zelenski görüşü Ağ Ev rəhbərinin qrafikinə görə davam etməyib - YENİLƏNİB
ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski görüşü Ağ Ev rəhbərinin qrafikinə görə davam etməyib.
“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, o, Papa Fransiskin dəfn mərasimi başa çatdıqdan dərhal sonra Romaya getməli idi.
Bununla belə, agentliyin məlumatına görə, Tramp və Zelenski Müqəddəs Pyotr kilsəsində 15 dəqiqə davam edən qısa görüş zamanı əsas məqamları müzakirə edə biliblər.
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp danışıqları davam etdirməyə razılaşıblar,
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Məlumata görə, komandalar görüşün davamının təşkili üzərində işləyirlər.
"Prezidentlər Müqəddəs Pyotr Bazilikasında (Vatikanda) görüşüblər. Görüş təxminən 15 dəqiqə çəkdi. Onlar danışıqları davam etdirməyə razılaşıblar. Komandalar görüşün davamının təşkili üzərində işləyirlər", - S.Nikiforov bildirib.
O, görüşün davamının bu gün baş tutacağını qeyd edib.
Oxşar xəbərlər
Zelenski və Tramp 15 dəqiqə danışıblar, danışıqları davam etdirməyə razılaşıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağ Ev Vatikanda Tramp və Zelenski arasında danışıqları məhsuldar adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp və Zelenski Papanın dəfnindən sonra danışıqlar barədə razılığa gəliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













