Konqonun şərqində silahlılar azı 38 nəfəri öldürüb
Konqo Demokratik Respublikasının şərqindəki kəndlərə silahlılar bir gecədə hücum edərək azı 38 nəfəri öldürüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” vətəndaş cəmiyyətinin lideri Castin Kavalamiyə istinadən məlumat yayıb.
Yerli lider hücumu Müttəfiq Demokratik Qüvvələrin (MDQ) üzvlərinin törətdiyini, onların bu həftənin əvvəlində daha bir kəndə hücum edərək azı 16 nəfəri öldürdüklərini bildirib.
Ekstremistlər indi Konqonun şərqində yerləşib və tez-tez hücumlar təşkil edərək, bir çox silahlı qrupların fəaliyyət göstərdiyi bölgədə sabitliyi daha da pozurlar.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, tapança və maçete ilə silahlanmış şəxslər gecə saatlarında Şimali Kivu əyalətindəki kənd sakinlərinə hücum ediblər. Hücum nəticəsində 38 nəfər həlak olub.
MDQ qrupu 1995-ci ildə Uqandanın qərbində müsəlman təriqəti əsasında ölkə hökumətinə qarşı müxalifət kimi yaradılıb. 2003-cü ildə Uqanda Silahlı Qüvvələrinin hücumları sayəsində terrorçular geri çəkilərək ölkənin şərq bölgələrində gizləniblər.
Oxşar xəbərlər
Nigeriyada silahlılar kəndlərə hücum ediblər, ölənlər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigeriyada silahlılar hərbi düşərgəyə hücum ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Afrikada silahlıların hücumu nəticəsində 20-dən çox insan həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə polis iki həmkarını öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Belqoroda növbəti dəfə hücum etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












