sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Efiopiyada hökumət qüvvələri 50-dən çox sakini öldürüb
Bu həftə Efiopiyanın şimalındakı Meravi şəhərinin (Amhara ştatı) 50-dən çox sakini hökumət qüvvələri tərəfindən öldürülüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” yerli milislərə istinadən məlumat yayıb.
Şəhər əhalisinin öldürülməsi federal qoşunlarla Amhara milisləri arasında gedən döyüşdən sonra baş verib.
Baş verənlərlə bağlı rəsmi və ya müstəqil mənbələrdən heç bir təsdiq yoxdur. 2023-cü ilin yayında federal hakimiyyət milislərin tərksilah edilməsini tələb etdikdən sonra ştatda silahlı toqquşmalar başlayıb.
Bir gün əvvəl Efiopiya parlamenti Amhara ştatda fövqəladə vəziyyətin müddətini dörd ay uzadıb.
Oxşar xəbərlər
Bloomberg: Ağ Ev bəzi departamentləri mümkün şatdaunla bağlı xəbərdar edib
Nigeriyada yaraqlıların hücumu nəticəsində ölənlərin sayı 100-ü ötüb
Nigeriyada silahlılar hərbi düşərgəyə hücum ediblər
"Fox News": Soros hakimiyyəti demokratlara təhvil vermək ümidi ilə Texasa milyonlarla pul yatırır
Nigeriyada silahlıların hücumları nəticəsində ölənlərin sayı 200-ə yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













