Livan Ordusu Suriya ilə sərhəddə fövqəladə təhlükəsizlik tədbirləri görüb
sizinxeber.az xəbər saytı

Livan Ordusu Suriya ilə sərhəddə fövqəladə təhlükəsizlik tədbirləri görüb


Livan Ordusu Suriya ilə sərhəddə fövqəladə təhlükəsizlik tədbirləri görüb.

“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livan Silahlı Qüvvələrindən bildirilib.

Açıqlamada Hirmil şəhərinin sərhəd bölgəsində qaçaqmalçılıqla bağlı gərginliyə görə Livandan Suriya ərazisinə atəş açıldığı və bundan sonra Suriyanın cavabı ilə hər iki tərəfdən yaralananların olduğu qeyd edilib.

Bildirilib ki, hadisədən sonra Suriya sərhədində fövqəladə təhlükəsizlik tədbirləri görülərək Livandan Suriya tərəfinə atəş açan şəxs hərbi birləşmələrin fəaliyyəti nəticəsində ələ keçirilib.

Livan ordusu sərhəddə ciddi təhlükəsizlik tədbirləri görməklə yanaşı, insidentlərdə iştirak edən digər şəxslərin tutulması üçün səylərinin davam etdiyi bildirilib.

Qeyd edək ki, Suriya rəsmi agentliyi SANA "Hizbullah"ın Humusun qərbində yerləşən Əl-Kusayr bölgəsindəki Suriya hərbi birliklərinə Livandan 5 raketlə hücum etdiyini bildirmişdi. Suriya hərbi birliklərinin hücuma cavab verdiyi, hadisələrlə bağlı Suriya Müdafiə Nazirliyinin livanlı həmkarları ilə əlaqə saxlayaraq vəziyyəti qiymətləndirdiyi bildirilmişdi.

Livanın Suriya sərhəd xəttindəki Havş əs-Seyyid Əli və Maşrafa qəsəbələrində keçən ay da toqquşmalar baş vermişdi.

Oxşar xəbərlər

İsrail ordusu Suriya-Livan sərhədinə zərbələr endirib
Suriya qoşunları Livan sərhədində qaçaqmalçıların bazalarını məhv edib
Livan qoşunları Suriyadan açılan atəşə cavab verə biləcəklər
BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib
Suriya və Livan sərhədini bir gündə 4,3 mindən çox insan keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle