Nyu-Delhidə yaşayış binası çöküb, ən azı 11 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Nyu-Delhidə yaşayış binası çöküb, ən azı 11 nəfər ölüb


Hindistanın paytaxtı Nyu-Delhinin şimal-şərqində yerləşən Mustafabad bölgəsində dördmərtəbəli binanın uçması nəticəsində ən azı 11 sakin həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Pioneer” qəzeti məlumat yayıb.

Bazar günü baş verən faciəyə köhnə binanın birinci mərtəbəsində aparılan tikinti işlərinin səbəb olduğu ehtimal edilir.

Polisin məlumatına görə, 11 nəfər həlak olub. Bir gün davam edən xilasetmə işləri zamanı dağıntılar altından eyni sayda bina sakini xilas edilib.

Oxşar xəbərlər

Dehlidə binanın çökməsi nəticəsində 4 nəfər ölüb
Hindistanda fabrikdə partlayış baş verib, 17 nəfər ölüb - YENİLƏNİB 2
Myanmada zəlzələ nəticəsində hotel uçub, iki nəfər ölüb
Hindistanda binanın uçması nəticəsində 11 nəfər ölüb, yaralılar var
Hindistanda fabrikdə partlayış baş verib, 13 nəfər ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər