İlon Mask Hindistana səfər etməyi planlaşdırdığını açıqlayıb
sizinxeber.az xəbər saytı

İlon Mask Hindistana səfər etməyi planlaşdırdığını açıqlayıb


Amerikalı biznesmen İlon Mask bu ilin sonunda Hindistana səfər etməyi planlaşdırdığını açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, Mask bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar apardığı məlum olandan bir gün sonra bildirib.

“Bu ilin sonunda Hindistana səfər etməyi səbirsizliklə gözləyirəm!”, - Mask Modinin postunu retvit edərək “X” sosial şəbəkəsində yazıb.

N.Modi, öz növbəsində cümə günü “X” sosial şəbəkəsində texnologiya və innovasiya sahəsində əməkdaşlıq imkanlarıyla bağlı Mask ilə apardığı dialoqdan bəhs edib. Lakin bu danışıqların dəqiq tarixi göstərilməyib.

Xatırladaq ki, Modinin Vaşinqtona səfəri bu ilin fevralında baş tutub.

Oxşar xəbərlər

İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
Hindistanın Baş naziri Mask ilə görüşmək istəyir
Mask Maduro ilə döyüşməyə razılaşıb
İlon Mask Pavel Durovu azadlığa buraxmağa çağırıb
O, qalib gəlsə, ABŞ məhv olacaq - Mask

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər