Tramp ABŞ-də “TikTok”un bloklanması müddətinin təxirə salınacağını güman edir
sizinxeber.az xəbər saytı

Tramp ABŞ-də “TikTok”un bloklanması müddətinin təxirə salınacağını güman edir


ABŞ administrasiyası “TikTok” sosial şəbəkəsinin Birləşmiş Ştatlarda bloklanmasının gecikməsini təxirə sala bilər.

"Sizinxeber.az"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Ondan aprelin 5-nə qədər “TikTok”un satışı ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə, möhləti uzatmaq niyyətində olub-olmadığı soruşulub. “Əgər (möhlətin) uzadılmasına ehtiyacım olsa, yəqin ki, onu uzadacağam”, - o deyib.

Eyni zamanda Tramp vurğulayıb ki, indi azı bir ay var, ona görə də uzadılması lazım deyil. "ABŞ-də “TikTok”a böyük maraq var. Çin də rol oynayacaq, ona görə də ümid edirəm ki, Çin müqaviləni təsdiq edəcək, lakin onlar da rol oynayacaqlar", - o, sosial şəbəkəni kimin almaqda maraqlı olduğunu dəqiqləşdirmədən əlavə edib.

Oxşar xəbərlər

Tramp andiçmə günü “TikTok” qadağasını ertələyəcəyini vəd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin yeni prezidenti ölkədə “TikTok”un bloklanmasının tərəfdarı deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mask “TikTok”ı almaqda maraqlı olmadığını bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də “TikTok” “App Store” və “Google Play”ə qaytarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər