Tramp ABŞ-də “TikTok”un fəaliyyət müddətini 75 gün uzadıb
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlarda “TikTok” sosial şəbəkəsinin işinin 75 gün uzadılmasına dair fərman imzalayıb.
“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Mənim administrasiyam “TikTok”un xilası müqaviləsi üzərində çox çalışır və biz böyük irəliləyiş əldə etdik. Əməliyyat bütün lazımi icazələrin alınması üçün əlavə iş tələb edir. Buna görə “TikTok”un daha 75 gün işləməsini təmin etmək üçün icra sərəncamı imzalayıram", - paylaşımda deyilir.
"Çin ilə vicdanlı işimizi davam etdirəcəyimizə ümid edirik, başa düşdüyüm kimi, cavab rüsumlarımızdan (Çin ilə ABŞ arasında ədalətli və balanslı ticarət üçün lazım olan) çox məmnun deyiləm", - Tramp əlavə edib.
Bu, rüsumların milli təhlükəsizliyimiz üçün çox vacib olan ən güclü iqtisadi vasitə olduğunu sübut edir. “TikTok”un bağlanmasını istəmirik. Müqavilə bağlamaq üçün “TikTok” (rəhbərliyi-red) və Çin ilə qarşılıqlı əlaqə gözləyirik", - ABŞ rəhbəri qeyd edib.
Oxşar xəbərlər
Tramp TikTok-un ABŞ-da fəaliyyətini daha 75 gün uzadıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp andiçmə günü “TikTok” qadağasını ertələyəcəyini vəd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp ABŞ-də “TikTok”un bloklanması müddətinin təxirə salınacağını güman edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“TikTok” ABŞ-dəki fəaliyyətini bərpa edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













