ABŞ-nin keçmiş vitse-prezidenti qubernator olmaq istəyir
sizinxeber.az xəbər saytı

ABŞ-nin keçmiş vitse-prezidenti qubernator olmaq istəyir


ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris 2026-cı ildə Kaliforniya qubernatoru postuna namizədliyini irəli sürməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadən xəbər verir.

Qubernator kreslosu 2026-cı ildə Demokrat Gevin Nyusom istefa verdikdə boş qalacaq. Ştat rəhbərinə seçkilər noyabrın 3-nə təyin edilib.

Nəşrin məlumatına görə, Harris öz partiyadaşlarına bildirib ki, Kaliforniya qubernatoru kimi o, ABŞ prezidenti Donald Trampa və onun siyasətinə qarşı dura, həmçinin demokratların dəyərlərini müdafiə edə bilər.

Harris həmkarlarına 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmədiyini də bildirib. Mənbələr bildirib ki, Demokratik partiya üzvləri Harrisin karyerasının gələcəyi ilə bağlı fərqli fikirlərə malikdirlər. Bəziləri hesab edir ki, o, 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməlidir. Digərləri bu seçkidə Harrisin keçmişdən gələn bir fiqur kimi görünəcəyinə inanırlar.

Oxşar xəbərlər

Kamala Harrisin namizədliyini 220-dən çox konqresmen və 23 qubernator dəstəkləyib
Kamala Harris prezidentliyə namizəd olmaq üçün lazımi sayda səs toplayıb
Kamala Harris vitse-prezident postuna namizədini müəyyənləşdirib
ABŞ-nin vitse-prezidentliyinə mümkün namizədlərin adları açıqlanıb
KİV: Harris avqustda ABŞ-nin vitse-prezidentliyinə namizədini açıqlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər