Avstriya XİN rəhbəri: Aİ Trampla tarif danışıqlarında güc nümayiş etdirməlidir
sizinxeber.az xəbər saytı

Avstriya XİN rəhbəri: Aİ Trampla tarif danışıqlarında güc nümayiş etdirməlidir


Aİ ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə ticarət tarifləri haqqında danışıqlarda güc nümayiş etdirməlidir.

"Report"un xəbərinə görə, bunu Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinqer deyib.

"Bəli, bu, ticarət müharibəsidir və hər iki tərəf üçün klassik uduş vəziyyətidir. Buna görə də biz Avropada, eləcə də Avstriyada Trampa qarşı mübarizədə gücümüzü birlikdə göstərməyimiz çox vacibdir. Biz avstriyalıları qorumağa borcluyuq", - onun partiyası "Yeni Avstriya - Liberal Forum" (NEOS) mətbuat xidməti nazirin sözlərini sitat gətirib.

Daha əvvəl Tramp qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını açıqlamışdı; bu müddət ərzində bir sıra ölkələr üçün tarif dərəcəsi 10 % olacaq. Eyni zamanda, Amerika lideri Çin üçün idxal rüsumlarının 125 %-ə qədər artırılmasını da açıqlayıb. Hər iki qərar dərhal qüvvəyə minib.

Oxşar xəbərlər

Tramp Çini əlavə 50 %-lik rüsumlarla hədələyib
Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb
ABŞ Prezidenti bir sıra ölkələrə rüsumları 90 gün müddətinə dayandırıb
Amerikaya idxal olunan mallara qoyulan rüsumlar yenidən artırıla bilər
Əllidən çox ölkə ABŞ-yə tarif danışıqları üçün müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle