Mərakeş patrulu 196 miqrantı daşıyan qayıq aşkarlayıb
sizinxeber.az xəbər saytı

Mərakeş patrulu 196 miqrantı daşıyan qayıq aşkarlayıb


Mərakeş Kral Donanmasının patrul gəmisi Atlantik okeanında 196 qeyri-qanuni miqrantı daşıyan qayıq aşkarlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Maghreb Arab Press” məlumat yayıb.

Qeyd olunub ki, miqrantları Kanar adalarına (İspaniya - Qeyd) aparan gəmi okeanda çətinliklə üzləşib. Qayıqda həmçinin miqrantlardan birinin cəsədi də aşkar edilib.

Bütün miqrantlara lazımi köməklik göstərilib, bundan sonra onlar Daxla limanında jandarma əməkdaşlarına təhvil verilib.

Avropadan dar Cəbəllütariq boğazı ilə ayrılan Mərakeş uzun illər Afrika ölkələrindən Avropa İttifaqına keçməyə çalışan qeyri-qanuni miqrantlar üçün tranzit ölkə olub. Hakimiyyət orqanlarının məlumatına görə, krallıq ərazisindən qeyri-qanuni mühacirlərin Avropa İttifaqına daşınması ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyəti son illərdə yüksək olaraq qalır. Miqrant axınının əsas istiqaməti İspaniyadır.

Oxşar xəbərlər

Tunis sahillərində 2,6 mindən çox miqrant xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Niger vasitəsilə Aralıq dənizi sahillərinə miqrant axını xeyli artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Komissiyası “X” sosial şəbəkəsinə qarşı araşdırmaya başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qanuni oğru”nun 720 mənzili dövlətə təhvil verildi - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yunanıstanda miqrantlara yaşayış icazəsi veriləcək, şərtlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər