Britaniya moldovalı deputat və gürcü hakimlərə qarşı sanksiyalar tətbiq edib
sizinxeber.az xəbər saytı

Britaniya moldovalı deputat və gürcü hakimlərə qarşı sanksiyalar tətbiq edib


Böyük Britaniya Moldova parlamentinin müxalif deputatı Marina Tauber və Tbilisi Apellyasiya Məhkəməsinin sədri Mixail Çinçaladzeyə qarşı məhdudiyyətlər tətbiq edib.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu, Britaniya hökumətinin saytındakı yenilənmiş sanksiya siyahısında əks olunub.

Birləşmiş Krallığa giriş qadağası və aşkar edildiyi təqdirdə aktivlərin dondurulmasını nəzərdə tutan məhdudlaşdırıcı tədbirlər Tbilisi Apellyasiya Məhkəməsinin hakimi Levan Murusidzeye də şamil edilib.

Bundan əlavə, "Avrasiya" ANO-nun baş direktoru Nelli Parutenko da məhdudiyyətlər altına düşüb.

Oxşar xəbərlər

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
Britaniya SEPAH-ın Qüds qoşununa sanksiya tətbiq edib
Böyük Britaniya “Evil Corp” qrupunun 16 üzvünə qarşı sanksiya tətbiq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər