Tramp Obamaya qarşı üçüncü müddətə namizəd olmaq istəyir
ABŞ Prezidenti Donald Tramp növbəti seçkilərdə 2009-cu ildən 2017-ci ilə qədər dövlət başçısı olmuş Barak Obamaya qarşı məmnuniyyətlə mübarizə aparacağını bildirib.
"Sizinxeber.az"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
O, növbəti seçkilərdə namizədliyini irəli sürmək imkanı barədə hələlik ciddi düşünmədiyini bildirib.
"Mən bu məsələni heç vaxt araşdırmamışam. Deyirlər, bunun bir yolu var, amma mənim xəbərim yoxdur", - Tramp qeyd edib.
Trampdan həmçinin, yeni seçki yarışında Demokratlar Partiyasından olan rəqibi ABŞ-nin 44-cü prezidenti Barak Obama olsaydı, özünü necə hiss edəcəyini soruşublar: "Çox istərdim. Yaxşı olardı".
Oxşar xəbərlər
Tramp üçüncü dəfə namizəd olmaq barədə düşünmədiyini bildirib
Bayden: Prezident vəzifəsindən getdikdən sonra yoxa çıxmayacağam
Tramp Floridada prezident seçkilərində səs verib
Tramp Harrislə debatın yeni raundundan imtina edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
