Myanmada bir həftəlik milli matəm elan edilib
Myanmanın Baş naziri Min Aun Hlayn ötən həftə baş vermiş zəlzələlərin nəticələri ilə əlaqədar bir həftəlik milli matəm elan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, son məlumatlara əsasən, zəlzələlər nəticəsində ölənlərin sayı 1 700 nəfərə çatıb, yaralananların sayı isə 3 400 nəfərdir.
Xatırladaq, martın 28-də Myanmanın mərkəzi hissəsində 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ baş verib. Zəlzələlər ciddi dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Yeraltı təkanların episentri ölkənin paytaxtı Naypyidodan şimalda yerləşən Saqayn dairəsindən təxminən 16 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar qonşu ölkələrdə, o cümlədən Tailandda da hiss olunub. Paytaxt Banqkokda tikilməkdə olan hündürmərtəbəli binanın uçması nəticəsində azı 6 nəfər ölüb, onlarla insanın yaralanıb.
Oxşar xəbərlər
Myanmada zəlzələdən sonra Tailandda 168 yeraltı təkan qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 144-ə, yaralıların sayı isə 732-ə çatıb- YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibetdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 30-u ötüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Filippin və Yeni Zelandiya sahillərində güclü zəlzələlər olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












