Azərbaycan Prezidenti: "Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
yan
2026
02:00
0
0
11 069
ff aaaaaaa

Azərbaycan Prezidenti: "Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu"

21 yan, 2026
02:00
11 069

Azərbaycan Prezidenti: "Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu"

"Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu. Ən böyük beynəlxalq qurum olan BMT-nin Təhlükəsizlik Şurası o vaxt Ermənistan qüvvələrinin bizim ərazidən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdi, ancaq onlar kağız üzərində qaldı".

Sizinxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı əlavə edib ki, ATƏT, digər beynəlxalq təşkilatlar çoxsaylı qətnamələr, qərarlar qəbul etsə də, heç biri reallaşmadı:

"O vaxta qədər ki, biz vəziyyəti öz əlimizə aldıq. Biz bunun öhdəsindən gələrək, ədaləti bərpa etdik, beynəlxalq hüququ, ərazi bütövlüyümüzü, suverenliyimizi bərqərar etdik. Ondan sonra biz sülhə nail olduq".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul