London Ukraynaya kəşfiyyat məlumatlarının təminatında yaranan boşluğu doldurmağa çalışacaq
Birləşmiş Krallıq ABŞ tərəfindən yaradılan Ukraynaya kəşfiyyat məlumatlarının təminatında yaranan boşluğu doldurmağa çalışacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Londonda yerləşən “Istok Associates Limited” kəşfiyyat konsaltinq şirkətinin baş direktoru Nil Barnett “Politico”ya açıqlama verib.
“Britaniyalılar bu boşluğu doldurmağa çalışacaqlar. Bizim suveren “RAF Akrotiri”də dinləmə postlarımız var, bu ərazidə “Rivet Joint” reyslərimiz həyata keçirilir. Lakin açıq-aydın göründüyü kimi, bizdə amerikalıların malik olduğu bütün imkanlar yoxdur və bəzi şeyləri sadəcə əvəz etmək mümkün deyil”, – ekspert bildirib.
Barnett həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının qərarı Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ağır təsir göstərəcək.
Oxşar xəbərlər
MKİ rəhbəri ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edəcəyini düşünür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Avropa Trampın ölkəmizə dəstəyi dayandırmasından yaranan boşluğu doldura bilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini azaltmağı nəzərdən keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Koreya Ukraynaya əsgər göndərməyi düşünmür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: ABŞ ərazisini genişləndirməyə çalışacaq və Marsa bayraq sancacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













