Macarıstan ABŞ ilə nüvə enerjisi sahəsində əməkdaşlığa ümid edir
Budapeşt Vaşinqtonla nüvə enerjisi sahəsində, o cümlədən ABŞ-nin “Westinghouse” şirkətinin kiçik modul reaktorlarının istifadəsində əməkdaşlıq etməyi planlaşdırır.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto martın 4-də Vaşinqtonda dövlət katibi Marko Rubio ilə görüşdən sonra bildirib.
"Marko Rubio ilə Macarıstan və ABŞ arasında nüvə enerjisinin prioritet olduğu enerji əməkdaşlığının inkişafı imkanlarını müzakirə etdik. Həm Macarıstan, həm də ABŞ atom enerjisi tədarükünün təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, buna görə də bu sahədə texnoloji əməkdaşlıq perspektivlidir", - o, “Facebook”da yazıb.
"Westinghouse” qlobal nüvə texnologiyaları bazarında aparıcı şirkətlərdən biridir və kiçik modul atom elektrik stansiyalarının yaradılmasında mühüm rol oynaya bilər. Bu kiçik elektrik stansiyaları etibarlı şəkildə ekoloji cəhətdən təmiz üsulla böyük həcmdə elektrik enerjisi istehsal edə biləcək, biz buna görə sözügedən texnologiyanı “Westinghouse” ilə əməkdaşlıqda inkişaf etdirməkdə maraqlıyıq", - P.Siyarto qeyd edib.
Oxşar xəbərlər
Ruanda nüvə reaktorlarının tikintisi ilə bağlı ABŞ ilə müqavilə bağlayıb
Serbiya nüvə enerjisi üzrə tədqiqatlara qoyulan moratoriumu ləğv edə bilər
Nicat Əliyev: Nüvə texnologiyaları iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasında mühüm rol oynayır
Azərbaycan kiçik modul reaktorların tikintisində maraqlıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
