İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb
İsrail hərbçiləri Qəzza zolağında keçirdikləri əməliyyat zamanı 2023-cü il oktyabrın 7-də fələstinli radikalların hücumundan sonra öldürülən üç girovun meyitini aşkarlayıb.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari xəbər verib.
“Təəssüflə bildirirəm ki, dünən gecə İsrail ordusu və Baş Təhlükəsizlik qüvvələri oktyabrın 7-də HƏMAS qırğını zamanı girov götürülən və onun tərəfindən öldürülən girovlarımız Şani Luk, Amit Buskila və Yitzhak Qelernterin meyitlərini tapıblar”, - o brifinqdə bildirib.
İsrail ordusunun əldə etdiyi məlumata görə, onların hər üçü festivalı tərk etmək istəyərkən öldürülüb, bundan sonra radikallar meyitləri Qəzza zolağına aparıblar.
Oxşar xəbərlər
İsrail ordusunun itkiləri 604 nəfərə çatıb
İsrail ordusu: Xan Yunisdə girovların saxlanıldığı tunel aşkarlanıb
İsrail Ordusunun daha bir hərbçisi Qəzzada ölüb
İsrail HƏMAS-ın 8 min yaraqlısını zərərsizləşdirib
İsrail dekabrın 1-dən HƏMAS-ın minlərlə yaraqlısını məhv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













