ABŞ Prezidenti Donald Tramp ölkəsinin müstəqilliyinin 250-ci ildönümü münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ona hədiyyə etdiyi söhbətgahların Vaşinqtonda quraşdırıldığını bildirib.

Oxu.Az xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, özbək ustalar bir neçə ay ailələrindən ayrı qalaraq, çətin hava şəraitində 200 illik dağ qozu ağacının oduncağından bu tikililəri inşa ediblər.

O, söhbətgahların ABŞ paytaxtındakı "Tidal Basin" adlı süni su hövzəsinin yaxınlığında quraşdırıldığını qeyd edib.

Tramp əmin olduğunu bildirib ki, bu məkan evlilik təklifləri, diplomatik qəbullar, eləcə də Vaşinqtonda sakura ağaclarının çiçəklənməsi dövründə fotosessiyalar üçün populyar olacaq.