ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehrana qarşı hərbi kampaniyasının 2027-ci ilin yanvarın sonunadək maliyyələşdirildiyini bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" nəşri məlumat yayıb.

ABŞ Konqresinə keçirilən aralıq seçkidə demokratların qələbəsi fonunda İrana qarşı ehtimal olunan zərbələrin endirilməsi ilə bağlı nəşrin sualını cavablandıran Tramp bildirib: "Ümumiyyətlə, bizim yanvarın sonuna qədər maliyyəmiz var".

Nəşrin məlumatına görə, dövlət başçısı etiraf edir ki, yanvarda yeni çağırış Konqres işə başladıqdan sonra hər iki palatada çoxluq qazanan demokratlar onun İrana münasibətdəki hərbi imkanlarını məhdudlaşdıracaqlar. Trampın sözlərinə görə, hazırda demokratlar qələbəni məğlubiyyətə çevirməyə çalışırlar.