Duda: ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırmır
sizinxeber.az xəbər saytı

Duda: ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırmır


ABŞ nümayəndələri Polşa rəhbərliyini əmin ediblər ki, Vaşinqton Polşada və bütövlükdə Avropada ABŞ qoşunlarının mövcudluğunu azaltmaq niyyətində deyil.

"Sizinxeber.az"un xəbərinə görə, bunu Polşa dövlət başçısı Anjey Duda ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqla görüşün yekunlarına dair mətbuat konfransında deyib.

“Bizi əmin ediblər ki, Avropanın bizim hissəsində aktivliyi azaltmaq və ya qoşunların sayını azaltmaq niyyəti yoxdur”, - Duda bildirib.

Polşa lideri onu da söyləyib ki, o, Ukraynada ən azı hərbi əməliyyatların dayandırılmasını gözləyir: "Fikrimcə, ABŞ Ukraynada müharibənin başa çatması məsələsində çox güclü şəkildə oyuna daxil olub. Nəticədə, həqiqətən də, ən azı hərbi əməliyyatların dayandırılacağını gözləyirəm".

Qeyd edək ki, Avropada ABŞ-nin 100 minə yaxın hərbçisi var. Onların da 10 min nəfəri Polşadadır.

Oxşar xəbərlər

ABŞ Avropadakı qoşunlarının sayını azaltmaq niyyətində deyil
Duda: Ukraynanın 23 min hərbi qulluqçusu Polşada təlim keçib
Polşa Prezidenti Anjey Duda Kiyevə səfər edib
Duda: Trampın prezidentliyi dövrü Polşa üçün yaxşı olub
Polşa Prezidenti Kiyevə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər