Parisdə teatrda baş verən yanğına görə 1,5 min tamaşaçı təxliyə edilib
Fransanın paytaxtı Paris şəhərində zirzəmidə baş verən yanğın səbəbindən Yelisey Sarayı teatrının binasından 1500-ə yaxın insan təxliyə edilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
“Persey” operası səhnədə olarkən yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə 22:45) həyəcan siqnalı verilib.
İlkin məlumata görə, buna səbəb zirzəmidə mətbəxdə baş verən yanğın olub. Yanğınsöndürənlər alovu söndürmək üçün hadisə yerinə gələrkən bütün tamaşaçılar və işçilər binanı tərk etmək məcburiyyətində qalıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Əşyalarını binaya qoyanlar rəhbərlik geri qayıtmağa icazə verənə qədər bir neçə saat küçədə və yaxınlıqdakı kafelərdə qalmalı olub. Tamaşanın ləğvinə dair qərar verilib.
Oxşar xəbərlər
Mahaçqalada yanğın baş verib, 200-dən çox insan təxliyə edilib
Hindistanda xəstəxanada yanğın zamanı 10 uşaq ölüb
Kaliforniyada zavodda yanğın səbəbindən 1500 nəfər təxliyə edilib - YENİLƏNİB
Sumqayıtda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
