Rubio Almaniya, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək
sizinxeber.az xəbər saytı

Rubio Almaniya, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək


ABŞ dövlət katibi Marko Rubio fevralın 13-18-də Almaniya, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək, o, HƏMAS-ın saxladığı girovların azad edilməsi, Qəzza zolağında atəşkəs razılaşmaları və İrana qarşı mübarizəni müzakirə edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brusun yazılı bəyanatında deyilir.

Rubio fevralın 13-də Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yola düşəcək. Brusun sözlərinə görə, orada o, “xarici tərəfdaşlarla ABŞ-nin bir sıra prioritetlərini müzakirə edəcək”.

“Münxendə Rubio həmçinin G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək”, – bəyanatda qeyd olunub.

“Daha sonra o, 15-18 fevralda İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək”, – sənəddə deyilir. Bu ölkələrdə Rubio “regionda əməkdaşlığın gücləndirilməsi, sabitlik və sülhün təmin edilməsi” üçün rəsmi şəxslərlə görüşlər keçirəcək.

“Səfər zamanı diqqət mərkəzində HƏMAS tərəfindən saxlanılan amerikalı və digər girovların azad edilməsi, Qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsinə doğru irəliləyiş və İranın və onun nəzarətində olan qüvvələrin sabitliyi pozan addımlarına qarşı mübarizə olacaq”, – Brus əlavə edib.

Oxşar xəbərlər

Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ dövlət katibinin sabah Latın Amerikası ölkələrinə səfəri başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio: ABŞ İrana təzyiqi artırmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Marko Rubio: Dövlət Departamenti kütləvi miqrasiyanın təşviqi ilə məşğul olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Misirə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər