Trampın ticarət müharibəsi təhdidinə görə İngiltərə Bankından 8 min qızıl külçə çıxarılıb
sizinxeber.az xəbər saytı

Trampın ticarət müharibəsi təhdidinə görə İngiltərə Bankından 8 min qızıl külçə çıxarılıb


Treyderlər ABŞ Prezidenti Donald Tramp administrasiyasının başlaya biləcəyi ticarət müharibələrindən və qiymətli metalın bahalaşmasından ehtiyatlanaraq 2024-cü ilin sonundan bu günədək İngiltərə Bankının anbarından minlərlə qızıl külçəsini geri götürüblər.

“Sizinxeber.az” “The Daily Telegraph” qəzetinə istinadən xəbər verir ki, son iki ayda bankın seyflərindən 8 minə yaxın külçə çıxıb ki, bu da ümumi ehtiyatların təxminən 2 %-ni təşkil edir.

İngiltərə Bankının sədr müavini David Ramsdenin sözlərinə görə, Nyu-York fyuçers bazarında qızılın qiyməti Londonda qiymətli metalın spot qiymətini ötdükdən sonra geri çəkilmə tələblərinin sayı kəskin artıb. Məqalədə deyilir ki, treyderləri Trampın külçə qızıllara tariflər tətbiq edəcəyi qorxusu da hərəkətə gətririb.

Mərkəzi Bank kimi fəaliyyət göstərən İngiltərə Bankına görə, tələsik qızıl külçələri almaq üçün gözləmə müddətinin günlərdən həftələrə artmasına səbəb olub. Lakin 4 000-dən çox qızıl külçəsi olan tənzimləyici bütün tələbləri yerinə yetirə biləcəyinə əmindir.

Oxşar xəbərlər

Assosiasiya: Qızıl bazarında bahalaşma bu ilin sonuna qədər davam edə bilər
Qızıl bahalaşmağa davam edir
Qızılın qiyməti tarixi maksimumu yeniləyib
KİV: Hindistan 2024-2025-ci maliyyə ilində BƏƏ-dən 160 ton qızıl almağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər