“Wynn” BƏƏ-də ilk kazino qurmaq üçün kredit götürüb
Beynəlxalq banklar konsorsiumu BƏƏ-də ilk kazinonun tikintisi üçün Amerikanın “Wynn Resorts” şirkətinə 2,4 milyard dollar kredit verib. Konsorsiuma əmirliyin bir neçə ən böyük bankı daxildir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Wynn Resorts” şirkətinin məlumatında deyilir.
2022-ci ilin yanvarında Amerika otel və kazino idarəçiliyi şirkəti Ras Əl Xaymada 3,9 milyard dollar dəyərində kurort kompleksi tikməyi planlaşdırdığını elan edib. Kurort ərazisində otel, ticarət mərkəzi, restoranlar, barlar, həmçinin xüsusi oyun zonaları yerləşəcək.
Ras Əl Xaymadakı “Wynn Resorts” layihəsi BƏƏ-nin mühafizəkar ərəb monarxiyalarında qadağan edilmiş oyun biznesinə icazə verməyə hazır olmasının əlaməti kimi qiymətləndirilib.
Şirkət qeyd edib ki, banklar konsorsiumu Almaniyanın “Deutsche Bank”, Yaponiyanın “Sumitomo Mitsui”, eləcə də əmirliyin “Abu Dhabi Commercial Bank”, “First Abu Dhabi Bank”, “Emirates NBD” və “National Bank of Ras Al Khaimah”dan ibarətdir. Kredit ABŞ dolları və əmirliyin dirhəmi ilə ifadə olunub.
Oxşar xəbərlər
"First Abu Dhabi Bank": "KOB-lara iqlim keçidində dəstək olmağa çalışırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa silah alışı üçün ABŞ-dən 4 milyard dollar kredit götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Mərkəzi Bankı "Paşa Bank"ın vəzifəli şəxsini cərimələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı Pakistan üçün 20 milyard dollarlıq maliyyələşdirmə planını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












