Ərdoğanla Makron regional məsələləri müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, liderlər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Ərdoğan söyləyib ki, iki ölkə arasında dialoqun artırılması münasibətlərə müsbət töhfə verəcək. Onun sözlərinə görə, ölkələr arasında müdafiə sənayesi başda olmaq bir çox sahə üzrə əməkdaşlıq potensialı var.
Türkiyə lideri həmçinin qeyd edib ki, Avropa İttifaqının (Aİ) Suriyaya qarşı sanksiyaları aradan qaldırması tamamilə məqsədəuyğun addımdır.
Ərdoğan deyib ki, Türkiyə Suriyaya dəstəyini müntəzəm davam etdirəcək.
Türkiyə dövlət başçısı eyni zamanda HƏMAS ilə İsrail arasında atəşkəsin qorunmasının və davamlı həll yolunun təmin olunması üçün addımların atılmasına ehtiyac olduğunu qeyd edib.
Oxşar xəbərlər
Ərdoğan: Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
