Sizinxeber.az » DÜNYA » Digər ölkələr » Makron ailəsinin vəkilləri saxtakarlıqda günahlandırılıblar

Makron ailəsinin vəkilləri saxtakarlıqda günahlandırılıblar

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makronun cinsi mənsubiyyəti barədə böhtana görə məhkum edilmiş Nataşa Reyin işi üzrə məhkəmə dinləmələri mayda keçiriləcək.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məhkumun vəkili Fransua Danqlean məlumat verib.

"Paris tribunalının 12 sentyabr 2024-cü il tarixli hökmü saxtadır. Biz ona etiraz etdik. Mayın 14-15-də apellyasiya məhkəməsi qarşısında çıxış edəcəyik", - o bildirib.

Onun sözlərinə görə, Makron ailəsinin vəkilləri N.Reyə qarşı sübutları saxtalaşdırıblar.

"O, 18 bəyanata görə ittiham olunurdu. Lakin bunlara görə təqsirli sayılmadı. Amma onu ittihamda olmayan dörd tezisə görə məhkum etdilər. Beləliklə, bu saxta hökmdür", - vəkil bildirib.

Müstəqil jurnalist Reyə qarşı Fransada iki iddia qaldırılıb. Biri Brijit Makron və qardaşının Paris məhkəməsinə verdiyi şikayətlə bağlı idi. Digər proses Brijit Makronun birinci nikahından olan keçmiş ailə üzvlərinin şikayətindən sonra baş tutub.

Paris məhkəməsi 2024-cü ilin sentyabrında Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijitin kişi doğulduğunu iddia edən Nataşa Rey və Delfin Jequss adlı iki qadını 13,5 min avro cərimələyib.

2021-ci ilin dekabrında, Fransada prezident seçkilərinə bir neçə ay qalmış N.Rey yutub platformasında birinci xanım barədə bir neçə ildir araşdırma apardığını bildirib. O, prezidentdən 24 yaş böyük olan Makronun məktəb müəllimi Brijit Tronyenin (qızlıq soyadı) əslində Jan-Mişel adlı kişi olaraq doğulduğunu iddia edib. Video KİV-lərdə sürətlə yayılıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !