Almaniyanın vitse-kansleri: Avropa ABŞ-yə rüsumlarla cavab verməyə hazırdır
Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri, Yaşıllar Partiyasından kanslerliyə namizəd Robert Habek ABŞ Prezidenti Donald Trampın Kanada, Çin və Meksikadan idxal olunan mallara tətbiq etdiyi rüsumların ABŞ-də inflyasiyanın artmasına səbəb olacağını bildirib və qeyd edib ki, Avropa cavab tədbirləri görməyə hazırdır.
“Report” xəbər verir ki, o, bu barədə “Kölner Stadt-Anzeiger” qəzetinin təşkil etdiyi tədbirdə deyib.
"Avropalılar olaraq biz də cavab tariflərinə hazırıq", - Habek deyib. “Amerikalılar bilməlidirlər: bu, çox pis alternativdir”, - o əlavə edib.
Eyni zamanda, iqtisadiyyat naziri tariflərin ABŞ-də istehlakçılar və şirkətlər də daxil olmaqla inflyasiyanın artmasına səbəb olacağını vurğulayıb.
"Biz bunu amerikalılara aydınlaşdıracağıq: sizin də itirəcək bir şeyiniz var", - Habek fikirlərini yekunlaşdırıb.
Öz növbəsində Almaniya kansleri Olaf Şolts da ABŞ-nin dünya ticarəti üçün tətbiq etdiyi tariflərin nəticələri barədə xəbərdarlıq edib. "Qlobal mal və xammal mübadiləsi hamımıza firavanlıq gətirən böyük uğur hekayəsidir", - o, Britaniyanın Baş naziri Kir Starmer ilə görüşdə jurnalistlərə deyib.
Oxşar xəbərlər
Almaniyanın vitse-kansleri: 2018-ci ildən ölkə iqtisadiyyatında real artım yoxdur
Almaniyanın vitse-kansleri hakim koalisiyanın dağıldığını açıqlayıb
Vitse-kansler: Almaniyanın biznes modeli küncə sıxışdırılıb
Almaniya hökuməti iqtisadi böhrana görə parçalanma ərəfəsindədir
Almaniyanın vitse-kansleri Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM












