sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
Son yeddi ay ərzində 203 mindən çox burundiyalı güclü yağışlardan zərər çəkib.
"Report" xəbər verir ki, bu barədə Afrika ölkəsinin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daşqınlara və torpaq sürüşməsinə səbəb olan güclü yağışlar 96 min insanı evlərini tərk etməyə məcbur edib.
Ölkə hökuməti hazırda Brundidə 306 min insanın humanitar yardıma ehtiyacı olduğunu vurğulayıb. Beynəlxalq ictimaiyyətə müraciət edərək maliyyə dəstəyi göstərməyə çağırıblar.
Burundi ilə yanaşı, Şərqi Afrikanın digər ölkələri də bu ay uzun sürən yağışlar, daşqınlar və torpaq sürüşmələrindən əziyyət çəkib. Beləliklə, Tanzaniyada 58, Keniyada 13 nəfər güclü yağışların qurbanı olub.
Oxşar xəbərlər
Keniyada daşqında azı 13 nəfər ölüb
Çində güclü külək və dolu nəticəsində 7 nəfər ölüb
ABŞ-də fırtına nəticəsində ölənlər var
CAR-da daşqınlar 14 nəfərin həyatına son qoyub
Qazaxıstanda daşqınlar nəticəsində 4,8 mindən çox ev su altında qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













