Çində güclü külək və dolu nəticəsində 7 nəfər ölüb
Çinin şərqində yerləşən Tszyansi əyalətində 7 nəfər güclü külək və dolunun düşməsi nəticəsində ölüb, 93 minə yaxın insan isə zərər çəkib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə əyalətin daşqınlara qarşı mübarizə qərargahı məlumat yayıb.
Qeyd edilib ki, martın 31-dən 9 şəhər və 54 rayon təbii fəlakət zonasındadır. Təcili yardım xidmətləri 800-dən çox insanı təhlükəsiz yerlərə təxliyə edib. Dolu 5,7 min hektar sahədə kənd təsərrüfatı bitkilərini məhv edib. Bundan başqa, 90-dan çox tikili tamamilə dağılıb və ya onlara ciddi ziyan dəyib.
İlkin hesablamalara görə, təbii fəlakət əyalətə 150 milyon yuan (təxminən 21,1 milyon ABŞ dolları) məbləğində birbaşa iqtisadi ziyan vurub.
Oxşar xəbərlər
Çində güclü zəlzələ nəticəsində 86 nəfər ölüb, 100-dək insan yaralanıb - YENİLƏNİB
Qərb bölgəsində küləkli hava ciddi fəsadlar törədib
Çində güclü zəlzələ olub, ölənlər var
ABŞ-də fırtına nəticəsində ölənlər var
Yaponiyada zəlzələ qurbanlarının sayı 206 nəfərə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













