Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyaları 35 fiziki şəxsi və 19 şirkəti əhatə edəcək
sizinxeber.az xəbər saytı

Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyaları 35 fiziki şəxsi və 19 şirkəti əhatə edəcək


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketi çərçivəsində qara siyahıya 35 fiziki şəxsi və 19 şirkəti daxil edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Polskie Radio” məlumat yayıb.

Məlumata görə, sanksiya siyahısına Rusiya, Şimali Koreya və Çin vətəndaşları - müdafiə sənayesi kompleksinin əməkdaşları, enerji sahəsində sahibkarlar və Rusiya regionlarının hakimiyyət nümayəndələri, həmçinin Aİ tərəfindən "təbliğat və dezinformasiyada" ittiham olunan şəxslər daxil ediləcək.

Şirkətlərin siyahısına əsasən müdafiə sənaye kompleksi müəssisələri, həmçinin "Rusiyanın Ukraynada təcavüzünü dəstəkləyən strukturlar" əlavə ediləcək.

Eyni zamanda, 16-cı sanksiyalar paketinin layihəsində Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa yer almayıb.

Bundan əvvəl Aİ-nin Rusiyadan alüminium idxalına mərhələli qadağa tətbiq edə biləcəyi barədə məlumat verilmişdi. Həmçinin 15-ə yaxın bankın SWIFT-dən ayrılması müzakirə olunur.

Oxşar xəbərlər

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Rusiyadan LNG idxalına tam qadağa qoyulmasını yeni sanksiyalara daxil etməməyi qərara alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ tam qadağanın tətbiqinə qədər Rusiyadan 270 min tondan çox alüminium ala biləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın üç aviaşirkəti Rusiyaya dəstəyə görə sanksiya siyahısına daxil edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ fevralın 24-dək Rusiyaya qarşı 16-cı sanksiyalar paketini qəbul etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər