Bakıda bir külək və üç günəş elektrik stansiyası inşa edilə bilər
sizinxeber.az xəbər saytı

Bakıda bir külək və üç günəş elektrik stansiyası inşa edilə bilər


2040-cı ilə qədər Bakının Ələt, Lökbatan, Sabunçu və Mərdəkan alt-mərkəzlərində ümumi ərazisi 2 650 ha, qoyuluş gücü 1200 MVt olan bir külək və üç günəş elektrik stansiyasının inşası təklif olunur.

“Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Sənədə əsasən, bu ərazilərdə perspektivdə (hesabat müddətindən sonrakı dövrdə) bərpa olunan enerji təsərrüfatlarının inkişafı üçün 3313 ha əlavə ərazi nəzərdə tutulub.

Baş Plan layihəsində, hazırda çirklənmiş torpaq sahələri olan ərazidə müvəqqəti bərpa olunan enerji stansiyaları üçün əlavə 676 ha ərazi ilə bağlı mərhələli “Regenerasiya Çərçivəsi” nəzərdə tutulur. Regenerasiya çərçivəsinə həyata keçirilməsi planlaşdırılan “Böyükşor gölü üzərində üzən günəş elektrik stansiyası (300 kVt)” layihəsi, həmçinin Qırməki Təbii Geoloji Parkı (202 ha) daxil edilib. Bu parkda günəş və külək enerjisi istehsalı və karbon-neytral sistemin layihələndirilməsi mümkün olacaq.

Oxşar xəbərlər

Paytaxtda dövlətə aid torpaqlar bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən ediləcək
Pirsaatda 300 hektardan çox torpaq günəş elektrik stansiyası üçün ayrılacaq
Prezident: “Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”
Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur
2040-cı ilədək Bakı şəhəri üzrə dəmiryol stansiyaların sayı 54-ə çatdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle