Norveç elektrikli avtomobillərə tam keçən ilk ölkə ola bilər
sizinxeber.az xəbər saytı

Norveç elektrikli avtomobillərə tam keçən ilk ölkə ola bilər


Norveç benzin və dizel yanacağı ilə işləyən yeni avtomobillərin bazardan tam sıxışdırılacağı ilk ölkə ola bilər.

“Report” xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Əhəmiyyətli neft və qaz ehtiyatlarına baxmayaraq, Norveç uzun müddətdir ki, yeni enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin (NEV) tətbiqi üzrə dünya lideri hesab olunur. Bu ölkədə yeni avtomobillərin ümumi satışlarında elektrikli avtomobillərin payı 2010-cu ildəki 1 %-dən aşağı səviyyədən 2024-cü ildə 88,9 %-ə yüksəlib.

Norveçin İctimai Yollar İdarəsinin məlumatına görə, cari ilin ilk bir neçə həftəsində ölkədə satılan yeni minik avtomobillərinin 96 %-dən çoxu elektrikli avtomobillər olub.

Norveçdə elektrikli avtomobillər ƏDV-dən azaddır, yol vergisi və parklanma vergisi üzrə güzəştlər, həmçinin ictimai nəqliyyat üçün ayrılmış zolaqlara giriş əldə edirlər. Bundan əlavə, ölkə hökuməti elektrikli avtomobillərin doldurulması infrastrukturunun inkişafına böyük həcmdə vəsait yatırıb.

Norveçin nəqliyyat nazirinin müavini Sesiliya Knibe Kroqlundun sözlərinə görə, 2025-ci ildə ölkədə şəhər avtobuslarının tamamilə elektrikli avtobuslarla əvəz edilməsi, onilliyin sonuna qədər isə ağır yük daşıyan NEV-lərin payının 75 %-ə çatdırılması planlaşdırılır.

Oxşar xəbərlər

Nazir: “Azərbaycana idxal olunan elektrikli və hibrid avtomobillərin payı 2 dəfə artıb”
“Ford” tam elektrikli avtomobillərdən imtina edib
Ötən il Aİ-də yeni elektromobillərin sayı 1,5 dəfə artıb
“Tesla” ilin əvvəlindən bəri bazar dəyərini 94 milyard dollar itirib
Azərbaycanda elektrikli mühərrikli nəqliyyat vasitələrinin sayı 60% artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle