Berlində AfD-yə qarşı təxminən 100 min insan nümayişə çıxıb
sizinxeber.az xəbər saytı

Berlində AfD-yə qarşı təxminən 100 min insan nümayişə çıxıb


Berlində təxminən 100 min insan “Almaniya üçün Alternativ” (AfD) partiyasına və digər partiyaların onunla əməkdaşlığına qarşı nümayişə çıxıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” yazıb.

Aksiya Brandenburq qapısı yanında keçirilib. İştirakçılar əllərində şam və fənərlər tutublar. Onlar həmçinin AfD-ni dəstəkləyən ABŞ Prezidenti Donald Tramp və biznesmen İlon Maska qarşı da etirazlarını bildiriblər.

Nümayişçilər Xristian Demokrat İttifaqının (XDİ) lideri Fridrix Mersi də tənqid ediblər. O, əvvəllər Bundestaqda XDİ/XSİ fraksiyasının miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı təkliflər irəli sürəcəyini və bunun parlamentdəki digər partiyaların təşəbbüsü dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq baş verəcəyini açıqlamışdı.

Siyasi rəqiblər onun sözlərini “təcrid” strategiyasından – AfD ilə hər hansı əməkdaşlığın istisna edilməsindən prinsipial olaraq imtina etməyə hazır olması kimi qiymətləndiriblər, çünki AfD də miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarıdır və bu sahədə addımları dəstəkləyəcəyini bildirib.

Oxşar xəbərlər

KİV: Tramp Almaniya kanslerini tənqid edib
Nigerin paytaxtında yüzlərlə insan neokolonializmə qarşı aksiyada iştirak edib
Niderlandda antisemitizmə qarşı aksiya keçirilib
Parisin mərkəzində minlərlə insan Makronun istefası tələbi ilə etiraz aksiyası keçirib
Brandenburqda Şolts üçün vacib seçkilər: sosial demokratlar sağçı populistləri üstələməyi bacarıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər