Ekvador hakimiyyəti tərəfindən saxlanılan keçmiş vitse-prezident komadadır
sizinxeber.az xəbər saytı

Ekvador hakimiyyəti tərəfindən saxlanılan keçmiş vitse-prezident komadadır


Keçən həftə Meksikanın Kitodakı səfirliyinə basqın nəticəsində ölkə polisi tərəfindən saxlanılan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas komadadır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə yerli Teleamazonas telekanalı məlumat yayıb.

Qeyd olunur ki, siyasətçi bazar ertəsi günortadan sonra Quayakildəki hərbi xəstəxanaya köçürülüb, şənbə günündən isə həmin şəhərdə həbsxanadadır.

Hüquq-mühafizə orqanlarının nümayəndələrinin fikrincə, Qlas həbsxanada külli miqdarda antidepresan və sakitləşdirici dərman qəbul edə bilərdi.

Qeyd edək ki, Ekvador polisi rüşvətxorluq və korrupsiyada ittiham olunan Xorxe Qlası həbs etmək üçün Meksikanın Kitodakı diplomatik missiyasının binasına hücum edib. Ekvadorun sabiq vitse-prezidenti Qlas 2023-cü ilin dekabrında Meksika səfirliyinə sığınmışdı.

Oxşar xəbərlər

BMT Ekvador qüvvələrinin Meksika səfirliyinə hücumuna münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekvador sahillərində 1,5 tona yaxın narkotik maddə müsadirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlı deputat AŞPA-nın vitse-prezidenti seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-da vəkil ofisində baş verən silahlı insidentdə üç nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda casusluğa görə saxlanılan Martin Rayan Fransa tərəfindən istifadə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər