ABŞ lideri: Müharibənin həlli tamamilə Rusiyadan asılıdır
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllinin indi tamamilə Moskvadan asılı olduğunu bildirib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, o, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə çıxışında deyib,
O bildirib ki, Ukrayna razılığa hazırdır.
Trampın sözlərinə görə, artıq tərəflər arasında atəşkəslə bağlı işə başlanılıb.
ABŞ lideri sülhün təmin olunacağına əminliyini ifadə edib.
Dövlət başçısı, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə tezliklə görüşmək istədiyini bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp daha əvvəl müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Ukrayna lideri Volodimir Zelenski isə söyləyib ki, savaşın 2025-ci ildə bitməsi naminə mümkün olan hər şeyi edəcək.
Oxşar xəbərlər
Zelenski: Ukrayna müharibəni bitirəcək diplomatk vəziyyətə yaxınlaşmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Ukrayna müharibəni bitirəcək diplomatik vəziyyətə yaxınlaşmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: Rusiya və Ukrayna müharibənin bu il başa çatması üçün nədənsə imtina etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Putinlə görüşmək istədiyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












