Zelenski: Avropa özünü güclü qlobal oyunçu kimi təsdiq etməlidir
sizinxeber.az xəbər saytı

Zelenski: Avropa özünü güclü qlobal oyunçu kimi təsdiq etməlidir


Şimali Koreya əsgərlərinin iştirak etdiyi döyüşlər coğrafi baxımdan Pxenyandan daha çox İsveçrənin Davos şəhərinə yaxındır, ona görə də Avropa özünü güclü qlobal oyunçu kimi təsdiq etməlidir.

“Sizinxeber.az” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Unutmayın, Avropa ölkələrini Rusiyadan ayıran heç bir okean yoxdur. Avropa liderləri bunu anlamalıdır ki, Şimali Koreya əsgərlərinin iştirak etdiyi döyüşlər indi coğrafi baxımdan Pxenyandan daha çox Davosa yaxın yerlərdə gedir”, - o deyib.

Zelenski həmçinin əlavə edib ki, keçən il ABŞ təhlükəsizlik sahəsində əsas prioritetinin Hind-Sakit okean regionu olduğunu, Yaxın Şərq və Fars körfəzi regionunun ikinci, Avropanın isə yalnız üçüncü olduğunu açıq şəkildə bəyan edib.

“Avropa müttəfiqləri üçün ikinci və ya üçüncü olmasına imkan verməməlidir. Avropa prioritetlər, ittifaqlar və texnoloji inkişafda birinci yer uğrunda mübarizə aparmalıdır”, - Zelenski söyləyib.

Xatırladaq ki, ABŞ Ukraynanın əsas müttəfiqidir və ən çox silahı da məhz onlar təmin edib. Amma indi Donald Tramp ABŞ Prezidenti olduqdan sonra dəstəyin miqdarı azala bilər.

Oxşar xəbərlər

Zelenski: Daha bir dönüş nöqtəsindəyik, Avropa özünü qlobal oyunçu kimi təsdiqləməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Şimali Koreya əsgərləri ilə toqquşma olduğunu təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski "qələbə planı"nı təqdim etmək üçün Brüsselə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Brüsseldə Avropa liderləri ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Volodimir Zelenski: Müharibə genişlənir, sülhün mümkünlüyü azalır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər