Blinkenin Parisdən Brüsselə avtomobillə getməsinin səbəbi məlum olub
sizinxeber.az xəbər saytı

Blinkenin Parisdən Brüsselə avtomobillə getməsinin səbəbi məlum olub


ABŞ Dövlət katibi Antoni Blinkenin göyərtəsində səfər etdiyi “Boeing 737” təyyarəsi Fransada xarab olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

“Dövlət Departamentinin nümayəndəsi Blinkenin Fransaya uçduğu təyyarədə texniki nasazlıqlar olduğunu bildirib”, - agentlik qeyd edir.

KİV ABŞ nümayəndə heyətinin Parisdən NATO-nun Brüsseldəki qərargahına avtomobillərlə getdiyini yazıb. Fransa və Belçika paytaxtları arasında təxminən 300 km məsafə var.

Xatırladaq ki, daha əvvəl - yanvarın 17-də Blinken təyyarəsindəki “kritik nasazlıq” səbəbindən əvvəlcədən planlaşdırıldığı kimi Dünya İqtisadi Forumunun (WEF) keçirildiyi Davosdan uça bilməmişdi.

Oxşar xəbərlər

Blinkenin İsrailə səfər edəcəyi tarix məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinkenlə Netanyahunun görüşünün təfərrüatları məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Qəzza münaqişəsini müzakirə etmək üçün Səudiyyə Ərəbistanında səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Türkiyəyə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər