Blinken Türkiyəyə səfər edəcək
ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
O, Blinkenin şənbə günü Türkiyədə olacağını deyib. Hakan Fidan səfərin təfərrüatlarını açıqlamayıb.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri regionda qüvvələr nisbəti dəyişməyə başladıqca, siyasi münasibətlərin də dəyişəcəyinə inandığını deyib: “Qəzzada baş verənlər Qərbin və avropalıların birdən-birə nüfuzlarını itirməsinə səbəb oldu. Onların Ukrayna-Rusiya məsələsindəki mövqeyinin əksinə olaraq, Qəzza məsələsindəki mövqeləri ikiüzlülüyün pik həddə çatdığı yerdir. Prinsiplərdən, fəzilətdən, əxlaqdan danışa bilməzlər. Onlara tamamilə məhəl qoymurlar”.
Oxşar xəbərlər
Hakan Fidan: ABŞ-nin Türkiyəyə F-16-ların tezliklə satışına ümid edirik
Blinkenlə Fidan Vaşinqtonda nələri müzakirə etdi?
Ceyhun Bayramovla Hakan Fidanın görüşü başladı
Hakan Fidan: “Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması imkanını alqışlayırıq”
Türkiyə və Rusiyanın XİN başçıları Azərbaycan-Ermənistan sülh danışıqlarını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













