ATƏT-in fəaliyyətdə olan sədri Moldovaya səfər edəcək
sizinxeber.az xəbər saytı

ATƏT-in fəaliyyətdə olan sədri Moldovaya səfər edəcək


ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yanvarın 9-da Kişineuya rəsmi səfər edəcək.

“Report” Moldova mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə XİN-in mətbuat xidməti məlumat yayıb.

"Finlandiyanın xarici işlər naziri Elina Valtonen yanvarın 9-da ATƏT-in fəaliyyətdə olan sədri qismində Moldovaya rəsmi səfər edəcək. Müzakirələr zamanı əsas diqqət Moldovanın dayanıqlılığı və sabitliyinin gücləndirilməsində ATƏT-in roluna, Dnestryanı münaqişənin həlli prosesinə, o cümlədən regional təhlükəsizlik məsələlərinə yönəldiləcək", - məlumatda qeyd olunub.

Həmçinin ikitərəfli gündəliyin prioritetlərinin və Moldova-Finlandiya dialoqunun intensivləşdirilməsi yollarının müzakirəsi planlaşdırılır.

Valtonenin səfər proqramına moldovalı həmkarı Mixay Popşoy, baş nazir Dorin Reçan və reinteqrasiya üzrə baş nazirin müavini Oleq Serebryan ilə görüşlər daxildir.

Oxşar xəbərlər

İsveçrə 2026-cı ildə ATƏT-ə sədrlik edəcək
ATƏT-in fəaliyyətdə olan sədri Ermənistanda səfərdədir
Azərbaycan və Finlandiya XİN rəhbərləri Maltada görüşüb
İrəvanda etirazçılar XİN binasının qarşısına toplaşıblar - YENİLƏNİB
Azərbaycan və Finlandiya XİN rəhbərləri Maltada görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər