İsveçrə 2026-cı ildə ATƏT-ə sədrlik edəcək
sizinxeber.az xəbər saytı

İsveçrə 2026-cı ildə ATƏT-ə sədrlik edəcək


İsveçrə 2026-cı ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edəcək.

Bu barədə "Sizinxeber.az" ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borq bu gün İsveçrənin 2026-cı il üçün ATƏT-ə sədr seçilməsini elan edib.

"Bu il güclü liderlik nümayiş etdirən və sədrliyi öz üzərinə götürən İsveçrəni təbrik edirəm. İsveçrənin bu rolu qəbul etməsi mühüm addımdır. Biz 2025-ci il yanvarın 1-dən Troyka üzvləri kimi sıx əməkdaşlığımızın davam etməsini səbirsizliklə gözləyirik", - İ.Borqun sözləri sitat gətirilib.

Oxşar xəbərlər

Qazaxıstan ATƏT ölkələrini BMT-nin Regional İqlim Sammitinə dəvət edib
Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi olub
İan Borq: COP29 önəmli bir fürsətdir
2026-cı ildə ATƏT-in sədri İsveçrə olacaq
Maltada ATƏT Nazirlər Şurasının 31-ci iclası başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər